Şəhidin xatirəsi anıldı
Region

Şəhidin xatirəsi anıldı

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul şəhər sakini Mehdiyev Səttar Raqif oğlunun doğum günü Şəhidlər xiyabanında, məzarı yanında anılıb.

Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri,  şəhidin yaxınları və şəhər ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət etdilər.

Mərasim iştirakçıları Səttarın məzarı ilə yanaşı, rayon Şəhidlər xiyabanını ziyarət edərək bütün şəhid məzarlarının önünə gül dəstələri qoydular. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan mərasimdə idarə və təşkilat nümayəndələri şəhidin ailə üzvlərinə başsağlığı verdilər.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olundu, şəhidlərin müqəddəs ruhuna Qurandan ayələr oxunub, dualar edildi.

Tofiq HÜSEYN,

“Respublika”.