Şəhidlər xiyabanı yenidən qurulur
Region

Şəhidlər xiyabanı yenidən qurulur

Ölkəmizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğulların xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanında əsaslı təmir işləri aparılır və mövcud məkan yenidən qurulur.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan şəhər prokuroru Kamal Talıbov, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin şəhər şöbəsinin rəis müavini Nadir Əzizov, şəhid ailələri və ictimaiyyət nümayəndələri Şirvan Şəhidlər xiyabanını ziyarət etdilər. Öncə I Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyuldu. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxundu. Ziyarət zamanı bildirildi ki, I Qarabağ müharibəsində Şirvan şəhərindən 137 nəfər şəhid olub, onlardan 99 nəfəri Şirvan Şəhidlər xiyabanında torpağa tapşırılıb. Vətən müharibəsi şəhidlərinin məzarlarının üstünün qara mərmərdən götürülməsi, I Qarabağ müharibəsi şəhidlərinin də məzarlarının üstünün qara mərmərdən götürülməsi zərurətini yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlər xiyabanında I Qarabağ müharibəsi şəhidlərinin məzarlarının üstünün qara mərmərdən götürülməsi işlərinə başlanılıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər xiyabanında aparılan abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olub, zəruri tapşırıq və tövsiyələrini verdi, Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi. İcra başçısı şəhidlərin valideynlərinə qəhrəman övladlar böyütdükləri üçün təşəkkürünü bildirdi. Şəhid ailələri Şirvan Şəhidlər xiyabanında aparılan abadlıq və yenidənqurma işlərinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə etdilər.

Tofiq HÜSEYN,

"Respublika".