Şəhidlərin xatirəsinə həsr olunmuş şahmat turniri
İdman

Şəhidlərin xatirəsinə həsr olunmuş şahmat turniri

Cəbrayıl rayonunun 8 saylı tam orta məktəbində Xudafərin Gənclərin İnkişafı Hərəkatının, rayon Gənclər və İdman idarəsinin, Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 11 Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən məktəblərin 8-16 yaş şagirdləri arasında şəhidlərimizin xatirəsinə həsr olunmuş şahmat turniri keçirildi.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu, belə tədbirlərin bundan sonra da keçirilməsinin daim diqqət mərkəzində saxlanılacağını bildirdi. Rayon rəhbəri çıxışı zamanı gənclərimizin şahmata olan marağından, ölkəmizdə idmanın bu növünə göstərilən diqqətdən, şahmatçılarımızın beynəlxalq yarışlardakı uğurlarından və Azərbaycanın dünyada qabaqcıl şahmat ölkəsi kimi tanınmasından danışdı.

Yarışda çıxış edənlər idmanın bütün növlərinə, o cümlədən şahmatçılara göstərilən dövlət qayğısını yüksək qiymətləndirdilər.

Yarışın sonunda qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırıldı.

 Tofiq HÜSEYN,

 "Respublika".