Şəhla Qəhrəmanlı: Şuşada festivalda iştirak etmək biz rəssamlar üçün böyük qürurdur, hədsiz sevincdir
MÜSAHİBƏLƏR

Şəhla Qəhrəmanlı: Şuşada festivalda iştirak etmək biz rəssamlar üçün böyük qürurdur, hədsiz sevincdir

Çox sevindirici haldır ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə biz rəssamlar bu gün Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalında iştirak etdik. Bu, bizim üçün çox böyük qürurdur, hədsiz sevincdir ki, biz Şuşanın bütün görməli yerlərinə səfər etdik.

Bunu AZƏRTAC-a müsahibəsində Birinci Şuşa Beynəlxalq Kulinariya Festivalının iştirakçısı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq Kafedrasının müdiri və baş müəllimi Şəhla Qəhrəmanlı bildirib.

Cıdır düzünün, Şuşa qalasının şəkillərini hissə-hissə eskiz variantda çəkdiklərini qeyd edən kafedra müdiri deyib: "Çalışdıq ki, bu gözəllikləri kətan üzərində əks etdirək. Bir rəssam kimi bizim üçün fərqli bir hissdir ki, bu gözəllikləri kətan üzərinə köçürən zaman öz hisslərimizi orada daha aydın şəkildə göstərə bilirik".

Festival münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdıran Şəhla Qəhrəmanlı işğaldan azad edilmiş torpaqlara yenidən gəlməyi və burada rəssam kimi fəaliyyət göstərməyi arzulayıb.

AZƏRTAC