Səlçuk Bayraktar Anım Günü ilə bağlı paylaşım edib
Sosial həyat

Səlçuk Bayraktar Anım Günü ilə bağlı paylaşım edib

Bu gün can Azərbaycanımızın Qarabağ Zəfərinin başlanğıcının birinci ildönümüdür. Əziz şəhidlərimizin ruhları şad, qəhrəman qazilərimizin əhvalı uca, müqəddəs Zəfərimiz mübarək olsun.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Selçuk Bayraktarın 27 sentyabr - Anım Günü ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımında yer alıb.

Paylaşımda "Qarabağ Azərbaycandır!" şüarı da əksini tapıb.

AZƏRTAC