Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti seçilib
Siyasət

Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti seçilib

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyası yanında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, Monitorinq Komitəsinin vitse-prezidenti seçkiləri qurumun yanvarın 24-də Strasburqda hibrid formatda işə başlayan qış sessiyası çərçivəsində keçirilib.

AZƏRTAC