Sən mənimçün bir əbədi nəğməsən
Region

Sən mənimçün bir əbədi nəğməsən

Şirvan şəhərinin Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında ucalan  “Şəhid anası” memorial abidə kompleksi önündə şəhid ailələri ilə görüş keçirildi. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə görüşüb, onlara vətənpərvər, şücaətli, igid oğullar yetişdirdikləri üçün təşəkkürünü bildirdi. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə yetişən gənclərin ordumuzun erməni təxribatlarına və təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatı zamanı göstərdikləri qəhrəmanlıqlardan danışdı. 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfərin əldə edilməsinə görə Silahlı Qüvvələrimizin əsgər və zabitlərinə minnətdarlıq ifadə olundu. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi, bundan sonra da daim əziz tutulacağı, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacağı vurğulandı. İlqar Abbasov şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyini bildirdi. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib, şəhid ailələrini narahat edən məsələlərlə maraqlandı.

Tədbirdə çıxış edən şəhid ailələri onlara göstərilən diqqət, qayğı və ehtirama görə dövlət başçısına təşəkkürlərini bildirdilər. Sonda şəhər sakini Vasif Əlizadə, Şirvan şəhidlərinə və “Şəhid anası”memorial abidə kompleksinə toplaşan analara həsr etdiyi şeirini oxudu:

                                Sən mənimçün bir əbədi nəğməsən

                                Ömür boyu oxunası bir nəğmə...

                                         Tofiq HÜSEYN,

                                        “Respublika”.