SƏNƏTKARIN FƏRDİ SƏRGİSİ
Region

SƏNƏTKARIN FƏRDİ SƏRGİSİ

Kamil Ramazanov 1934-cü ilin aprel ayında Lənkəran şəhərində dünyaya göz açıb. Lənkəran şəhər 3 saylı orta məktəbdə oxuyarkən rəssamlığa böyük maraq göstərib. 1967-ci ildə Daşkənd Rəssamlıq İnstitutunun rəngkarlıq şöbəsini bitirib.

Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhər mədəniyyət mərkəzində rəssamın fərdi sərgisi təşkil olunub. Regional idarənin rəisi Şahin Şahbazov rəssamın həyatı, yaradıcılığı, incəsənət sahəsində xidmətləri barədə danışıb.

Rəssamın sənət dostlarından Firudin Quliyev, Adil Əsədli, Şöhrətdin Səbziyev və ailə üzvləri yaratdığı dəyərli sənət nümunələrindən söhbət açıb, haqqında xatirələrini bölüşüblər.

Sərgidə rəssamın 60-a yaxın əl işi nümayiş olunub.

Əlisəfa HƏSƏNOV,

"Respublika".