Sentyabrın 21-də Azərbaycanda COVID-19 əleyhinə 833 doza vaksin vurulub
Səhiyyə

Sentyabrın 21-də Azərbaycanda COVID-19 əleyhinə 833 doza vaksin vurulub

Sentyabrın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 833 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 183, ikinci doza vaksinlərin sayı 139, üç və daha çox doza vaksinlərin sayı 448, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 63-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 883 min 429, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 379 min 822, ikinci mərhələ üzrə 4 milyon 866 min 383, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 376 min 17, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 261 min 207-dir.

AZƏRTAC