Sentyabrın 27-də Azərbaycanda COVID-19 əleyhinə 1017 doza vaksin vurulub
Səhiyyə

Sentyabrın 27-də Azərbaycanda COVID-19 əleyhinə 1017 doza vaksin vurulub

Sentyabrın 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1017 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 324, ikinci doza vaksinlərin sayı 156, üç və daha çox doza vaksinlərin sayı 458, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 79-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 887 min 596, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 380 min 903, ikinci mərhələ üzrə 4 milyon 867 min 97, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 378 min 72, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 261 min 524-dür.

AZƏRTAC