Sentyabrın 7-də Azərbaycanda COVID-19 əleyhinə 1353 doza vaksin vurulub
Səhiyyə

Sentyabrın 7-də Azərbaycanda COVID-19 əleyhinə 1353 doza vaksin vurulub

Sentyabrın 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1353 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 377, ikinci doza vaksinlərin sayı 178, üç və daha çox doza vaksinlərin sayı 671, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 127-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 868 min 240, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 375 min 656, ikinci mərhələ üzrə 4 milyon 864 min 213, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 368 min 451, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 259 min 920-dir.

AZƏRTAC