Şərabçılıq üzrə beynəlxalq mükafat
İQTİSADİYYAT

Şərabçılıq üzrə beynəlxalq mükafat

Bu günlərdə Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun mükafatlandırma mərasimində Azərbaycan Turizm Bürosu “Ən yaxşı ölkələrarası şərab turizmi məhsulu” mükafatı ilə təltif olunub.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, mükafat İtaliyanın Mədəniyyət Nazirliyinin Avropa Şurasının Mədəni Marşrutlar üzrə nümayəndəsi Giuliana De Françesko tərəfindən Azərbaycanın Siciliya və Kalabriyadakı fəxri konsulu Domeniko Kokoya təqdim olunub. Qeyd edək ki, Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən “İter Vitis” beynəlxalq şəbəkəsinə 2019-cu ildən etibarən üzv qəbul olunub.

Bəybala BƏYBALAYEV,

“Respublika”.