“Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanu¬nunda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199; 2007, № 6, maddə 560, № 11, maddə 1078; 2013, № 2, maddə 94; 2016, № 1, maddə 10; 2017, № 4, maddə 519, № 12 (I kitab), maddə 2201; 2018, № 7 (I kitab), maddə 1402; 2020, № 5, maddə 508) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin birinci cümləsinə “çevik hərəkət qüvvələrindən,” sözlərindən sonra “xüsusi hava əməliyyatları qüvvələrindən,” sözləri əlavə edilsin.

2. 24-cü maddənin birinci hissəsində “aviasiya hissəsinin” sözləri “xüsusi hava əməliyyatları qüvvələrinin və hərbi aviasiya hissələrinin” sözləri ilə əvəz edilsin.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 26 aprel 2022-ci il