Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Kəlbəcərdə həyatını itirmiş jurnalistlərlə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Diaspora

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Kəlbəcərdə həyatını itirmiş jurnalistlərlə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Özündə 71 qeyri-hökumət təşkilatını birləşdirən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində həyatını itirmiş media nümayəndələri ilə əlaqədar dünya ictimaiyyətinə beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistanı minaların xəritələrini açıqlamadığına görə qınamağa minalanmış ərazilər barədə məlumat verərək, rəsmi Yerevanı beynəlxalq hüquq normaları ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün ona təsir göstərməklə bağlı bəyanat qəbul edib

AZƏRTAC bəyanatı təqdim edir.

İyunun 4- saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının xəbər agentliklərinin əməkdaşlarının olduğuKamAZmarkalı sərnişin avtomobili erməni silahlı qüvvələri  tərəfindən əraziyə yerləşdirilmiş minaya düşərək həlak olması bizi dərindən sarsıtdıAvtobusun rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər - Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Birinci Qarabağ müharibəsi dövründə bir neçə jurnalist xidməti vəzifəsini yerinə yetirərkən erməni terrorunun qurbanı olub. Eyni zamanda, Vətən müharibəsi dövründə jurnalistlər kifayət qədər riskli vəziyyətlərlə qarşılaşıblar. 44 günlük müharibə ərzində erməni terrorçuları dəfələrlə peşə fəaliyyətini həyata keçirən fərqləndirici gödəkcələrində olan jurnalistlərə atəş açıblar, nəticədə media nümayəndələri arasında yaralananlar da olub. Çox təəssüf ki, müharibənin bitməsindən bir neçə ay keçməsinə baxmayaraq, erməni terroru hələ davam edir bu gün media nümayəndələri həyatlarını itirirlər.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması son aylarda ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən yerləşdirilən minalar digər partlayıcı qurğularla kütləvi şəkildə çirkləndirilmiş ərazilərində həlak olmasını beynəlxalq hüquqa, insanlığa sülhə qarşı yönəlmiş terror hesab edir.

2020-ci ilin noyabrında müharibənin bitməsindən bu günədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları da daxil olmaqla, 85 vətəndaşımız (o cümlədən 16- mülki şəxs) mina partlaması nəticəsində ağır yaralanıb, 100-dən çox mülki şəxs hərbçi minalanmış ərazilərdə həyatlarını itirib.

Müharibədən sonra rəsmi Bakı Ermənistan rəhbərliyinə minalanmış partlayıcı qurğuların basdırıldığı ərazilərin xəritələrinin verilməsi ilə əlaqədar dəfələrlə müraciət edib. Tərəflər bütün məsələləri danışıqlar masasında həll etməyə razı olsalar da, Ermənistan Azərbaycanın azad edilmiş torpaqlarında minalanmış ərazilərin xəritələrini hələ təqdim etmir, bu isə beynəlxalq humanitar hüquqla bağlı öhdəlikləri ciddi şəkildə pozur müharibə cinayəti sayılır. Həmçinin yaşayış yerlərində, çayların kənarlarında, yolayrıclarında qəbiristanlıqların yaxınlığındakı ərazilərin minalanması 1949-cu ildə  qəbul olunmuş Minalar əleyhinə Cenevrə Konvensiyasını I Əlavə Protokolunu pozur.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması olaraq günahsız mülki əhalini təhlükə altına qoyan, habelə işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinin başlanmasına, ölkəmizdə regionda davamlı sülhün təmin edilməsinə, 1 milyondan artıq qaçqın məcburi köçkünün öz evlərinə qayıtmasına birmənalı şəkildə maneə yaradan Ermənistanın bu yanaşmasını ciddi surətdə qınayır, regionda təhlükəsiz dinc bir mühitin təmin olunması səylərini səfərbər etməyə çağırır. İnsan həyatlarını xilas etmək münaqişə sonrası bərpa yenidənqurma proseslərini sürətləndirmək hazırda bölgədə davamlı sülhün bərqərar olması üçün mütləq bir zərurətdir.

Dünya ictimaiyyəti beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistanı minaların xəritələrini açıqlamadığına görə qınamağa minalanmış ərazilərin olduğu yerlər barədə məlumat verərək rəsmi Yerevanı beynəlxalq aləmin hüquq normaları ilə öhdəliklərini yerinə yetirmək üçün inandırmağa çağırırıq”.

AZƏRTAC