Şərqi Zəngəzurda yenidən məskunlaşma uğurla həyata keçirilir
Digər xəbərlər

Şərqi Zəngəzurda yenidən məskunlaşma uğurla həyata keçirilir

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunduğu kimi, həyata keçirilən məqsədyönlü genişmiqyaslı layihələr Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Qarabağ Şərqi Zəngəzurun işğaldan azad olunması ilə ərazi bütövlüyümüz bərpa edildiyi kimi, soydaşlarımızın el-oba həsrətinə son qoyuldu. Zəngilanın Ağalı kəndində başlayan "Böyük Qayıdış" Talış kəndində, daha sonra isə Laçında uğurla davam etdirilir. 28 May - Müstəqillik Günündə laçınlılarla görüşən dövlətimizin başçısı həmin günü ikiqat bayram adlandırıb uzun fasilədən sonra öz doğma şəhərlərinə qayıtmaları münasibətilə həm laçınlıları, həm bütün Azərbaycan xalqını təbrik edib.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan dövləti qarşısında duran ilk hədəflərdən biri minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsi bununla paralel olaraq, bərpa-yenidənqurma işlərini davam etdirməkdir. Hərbi siyasi yolla geri qaytarılan Laçın rayonu dünyanın ən gözəl təbiətinə malik olan ərazilərimizdəndir. Çətin iqlim relyef şəraitinə malik olmasına baxmayaraq, Laçın şəhərində, ümumilikdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binasıdır. 144 mənzildən ibarət 9 çoxmənzilli bina da istifadəyə verilib. Bu isə o deməkdir ki, 30 ilə yaxın məcburi köçkünlük şəraitində yaşayan 764 ailə artıq Laçın şəhərində yaşaya bilər. Əvvəlcə Prezident İlham Əliyevin iştirakı ilə 20 ailəyə yaşamaq üçün mənzillər təqdim edilib. ölkə başçısı bildirib ki, iyun ayının sonuna qədər digər ailələr Laçına köçürüləcək. Birinci mərhələdə Laçında azı 4 minə yaxın həmvətənlilərimizin yaşaması nəzərdə tutulub. Burada insanların yaşaması üçün zəruri olan bütün imkanlar da təmin ediləcək. Yeni dərs ili üçün məktəb, tibb məntəqəsi, bir sıra müəssisələr 1100-dən çox yerinin açılması qarşıya qoyulan hədəflər sırasındadır. Görülən işlərə nəzər yetirdikdə bir daha aydın olur ki, işğaldan azad olunmuş ərazilərimizin tez bir zamanda dirçəlməsi dövlətin əsas prioritetidir bir zamanlar məcburi köçkünlərə verilən sözlərin arzu xəyal olmadığının əyani sübutudur.

Məqsədyönlü geniş layihələrin sürətlə davam etdiyi ərazilərimizdən biri Kəlbəcər rayonudur. Mayın 27- Kəlbəcərə səfər edən dövlət başçısı Yanşaq kəndinin təməlini qoyub. Təməlqoyma mərasimində Prezidentə məlumat verilib ki, kənddə, ümumilikdə 421 ailənin məskunlaşacağı nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək. Digər ərazilərdə olduğu kimi, Yanşaq kəndində insanların sosial rifahının yaxşılaşdırılması üçün yerləri açılacaq istirahət zonaları fəaliyyət göstərəcək. Evlərin küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə ediləcək.

Kəlbəcər rayonundan sonra Laçına səfər edən Prezident İlham Əliyev ilk olaraq "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq "Qorçu" yarımstansiyasının açılışında iştirak edib yarımstansiyanı işə salıb. Məlumat olaraq bildirildi ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün rayonun Qorçu kəndində 2021-ci ildə istismara verilən "Kəlbəcər" yarımstansiyasından 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik ən əsası yolsuzluq şəraitində çəkilən ötürmə xətti boyunca hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250- qədər anker aralıq dayaq basdırılıb. 110 kilovoltluq xəttin üzərindəki ildırımötürücü funksiyalı fiberoptik kabellə internet xətti çəkilib ki, bu da enerji sistemin idarə olunmasında siqnalların etibarlı şəkildə ötürülməsi məsafədən rəqəmsal idarəetmə üçün vacib elementdir. Qorçu yarımstansiyası Laçında tikiləcək hava limanının ətraf ərazilərdə salınacaq turizm, kənd təsərrüfatı, yaşayış massivlərinin elektrikləşməsində mühüm rol oynayacaq.

Dövlət başçısı Laçın şəhərində olarkən ümummilli lider Heydər Əliyevin adına küçənin istiqamət bildirən lövhəsinin açılışını edib. Ulu öndərin adını daşıyan küçənin uzunluğu 6967 metr, eni isə 10-12 metr təşkil edir. Prezident İlham Əliyev Zəfər 28 May küçələrinin lövhələrinin açılışını edib. Qeyd olunub ki, Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 5239, eni isə 12 metrdir. 28 May küçəsinin isə uzunluğu 1703, eni isə 10 metr nəzərdə tutulub. Modern üslubda salınacaq küçələr şəhərin memarlıq qaydasına uyğun olmaqla müasir infrastruktur yaradılacaq.

Musa BAĞIRLI,

"Respublika".