“Sərrast atıcı” yarışının qalibləri
İdman

“Sərrast atıcı” yarışının qalibləri

Kürdəmir rayonunun Gənclər evində 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunan  tir atıcılığı üzrə “Sərrast atıcı” yarışı keçirildi. Yarışda rayonun atıcılığa həvəskar gəncləri iştirak edirdilər.

Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Kürdəmir Regional Asan Xidmət Mərkəzinin, Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin və rayonun fəal gəncləri öz bacarıqlarını sınadılar.  

Turnirin açılış mərasimində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şəxsi birincilik üzrə olduqca maraqlı keçən yarışda sərrast atıcılıqları ilə fərqlənən gənclərimizdən Səxavət Əliyev və Simarə Səlimova I yerə, Zaur Xasməmmədov II yerə, Rza Xasməmmədov isə III yerə layiq görüldülər.

Yarışda qalib qələn gənclər Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər.

Tofiq HÜSEYN,

“Respublika”.