Şəxsi igidlik və şücaət nümunəsi
Region

Şəxsi igidlik və şücaət nümunəsi

Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda   gedən  Vətən  müharibəsində    döyüşlərdə  qəhrəmancasına  şəhid  olan  Beyləqan  rayonunun  Kəbirli  kəndində  anadan  olmuş  Yusifli  Müzəffər  Ziyəddin  oğlunun  doğum  günü  məzarı  yanında  anıldı. 
Anım   mərasimində  rayon  icra  hakimiyyətinin  başçısı  Asif  Ağayev,  hüquq-mühafizə  orqanlarının  rəhbərləri,  şəhidin  yaxınları  və  rayon  ictimaiyyətinin  nümayəndələri  şəhidin  məzarını  ziyarət  etdilər.    Yusifli  Müzəffər  Vətən  müharibəsi  zamanı  Füzuli və  Cəbrayıl  rayonları   və  işğal  altında olan bir  çox  ərazilərimizin  alınmasında  iştirak edib. Qəhrəman döyüşçü   oktyabrın  9-da  Füzuli  döyüşləri  zamanı   şəhidlik  zirvəsinə  ucalıb və  Beyləqan rayonunun  Kəbirli  kəndində  dəfn  olunub.
Mərasim  iştirakçıları  Müzəffərin,  eləcə  də, Kəbirli  kənd  şəhidlərinin  məzarlarını ziyarət  etmiş, önünə  gül  dəstələri   düzmüş,  ruhuna  dualar  ediblər.  İcra  başçısı  Asif  Ağayev  şəhidin  atası  ilə söhbətində Vətənimizin  bütövlüyü  uğrunda  canından keçən  belə  bir igidi  böyüdüb, boya-başa  çatdırdıqları  üçün  onlara  təşəkkür  etmişdir.
Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq  sərəncamları  ilə  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə,  şəxsi  igidlik  və  şücaət nümayiş  etdirdiyinə  görə  Yusifli  Müzəffər  Ziyəddin  oğlu  ölümündən  sonra   “Vətən  uğrunda”,  “Cəbrayılın azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə”,  “Füzulinin azad  olunmasına  görə”  və “ İgidliyə görə” medalları ilə  təltif  edilib. Şəhid ailəsi dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə etmişdir.

 Ərəstun   ABDULOV,

  “Respublika”.