Seymur Məmmədov: Bizə göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm
MÜSAHİBƏLƏR

Seymur Məmmədov: Bizə göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm

Hər bir futbolçunun arzusudur ki, final oyununda qələbə qolu vursun.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasının futbolçusu Seymur Məmmədov söyləyib.

"Çempion olmaq, Vətənə bu cür geri qayıtmaq böyük hissdir. Bizə göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm", - deyə S.Məmmədov qeyd edib.

AZƏRTAC