Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
Digər xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qroznı şəhərinə yola düşüb. İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfərin əsas məqsədi avqustun 23-də Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 70-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etməkdir.

QMİ-nin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftiləri ilə görüşüb. Səmimi dostluq şəraitində keçən görüşdə Çeçenistan Respublikasının birinci prezidenti Əhməd Kadırovun məzarını birgə ziyarət etdikdən sonra Şuranın iclasını keçirmək qərarlaşdırılıb.

AZƏRTAC