SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİVAT BALANSI (rüblük və illik)
Reklam və elanlar

SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİVAT BALANSI (rüblük və illik)

 

MÜSTƏQİL AUDİTORUN HESABATI

"Günay Sığorta" ASC-nin rəhbərliyinə:

Rəy

Biz "Günay Sığorta" ASC-nin (bundan sonra "Şirkət") 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları 31 dekabr 2021-ci il tarixinə Şirkətin maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın "Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti" bölməsində təsvir edilir. Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblər üçün müəyyən etdiyi "Etika məcəlləsinin" (MBESŞ məcəlləsi) tələblərinə uyğun olaraq biz Şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi MBESŞ məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya xətalar nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına zəmin yaradan zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Rəhbərlik Şirkətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatının hazırlanmasından ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin belə əminlik səviyyəsi Beynəlxalq Audit Standartlarına uyğun auditin aparılması zamanı bütün əhəmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir. Fırıldaqçılıq və ya səhv nəticəsində yarana biləcək təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda və ya bütövlükdə maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.

Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində biz auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür və peşəkar skeptisizmi saxlayırıq. Bundan əlavə biz:

lSaxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir və qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır və tətbiq edir; rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edən audit sübutu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırıldaqçılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi və ya daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur.

lŞirkətin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxil nəzarət sistemi üzrə məlumat əldə edirik.

lTətbiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminlərinin və rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsaslı olduğunu qiymətləndiririk.

lFəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu və əldə edilmiş audit sübutlarına əsasən Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyəti ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada biləcək hadisə və şərait üzrə qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair fikir bildiririk. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu barədə nəticəyə gəldikdə, biz auditor rəyimizdə diqqəti maliyyə hesabatlarındakı müvafiq açıqlamalara cəlb etməli, belə açıqlamalar yetərli olmadıqda, rəyimizi dəyişdirməliyik. Nəticələrimiz auditor hesabatının tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və şəraitlər Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər.

lMaliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, o cümlədən açıqlamaları və maliyyə hesabatlarında mövcud əməliyyatlar və hadisələrin düzgün təqdim edilməsini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və vaxtı, əhəmiyyətli audit nəticələri, eləcə də audit prosesində müəyyən etdiyimiz daxili nəzarət sistemindəki əhəmiyyətli çatışmazlıqlar barədə məlumat təqdim edirik.

30 mart 2022-ci il

Bakı, Azərbaycan Respublikası.