Şirvan: COVID-19-la mübarizə günün tələbləri səviyyəsində
Region

Şirvan: COVID-19-la mübarizə günün tələbləri səviyyəsində

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq COVID -19 pandemiyasının törədə biləcəyi fəsadlara yol verməmək üçün şəhərdə bütün lazımi tədbirlər həyata keçirilir.

Şirvan Şəhər İcra Hakimiyyətinin nəzdində Operativ Qərargahın, mobil qrupların fəaliyyəti gücləndirilir. Yerlərdə maarifləndirmə-izahat işləri aparılır. Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Bələdiyyəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi hazırlıq keçmiş sanitar briqadaları şəhər ərazisində genişmiqyaslı profilaktik-dezinfeksiya işlərini davam etdirirlər. Yaşayış binalarının ətrafında,  giriş bloklarında,  pilləkənlərdə, əhalinin daha sıx istifadə etdiyi park və xiyabanlarda, məhəllələrdə, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminallarında, ticarət və xidmət obyektlərində müntəzəm olaraq dezinfeksiya işləri aparılır. Avtomobil yolları xüsusi texnikanın köməyi ilə dezinfeksiyaedici məhlulların qatıldığı su şırnaqları ilə yuyulur.

Şəhərdə xüsusi karantin rejiminin tələblərinə və sanitar-gigiyena qaydalarının tələblərinə əməl olunmasına nəzarət gücləndirilir. COVID-19 infeksiyasına qarşı həyata keçirilən tədbirlər şəhər sakinləri tərəfindən razılıqla qarşılanır.  

Tofiq HÜSEYN,

“Respublika”.