Slovakiya Milli Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

Slovakiya Milli Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

AZƏRTAC