“SOCAR Turkey Energy
İQTİSADİYYAT

“SOCAR Turkey Energy" Neft Sənayesi Dərnəyinin 17-ci üzvü oldu

Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - "SOCAR Turkey Energy" qonşu ölkədə fəaliyyət göstərən Neft Sənayesi Dərnəyinə (PETDER) üzv olub. Bununla da PETDER-in üzvlərinin sayı 17-yə çatıb.

Digər 16 üzv "Alpet", "Aytemiz", "Belgin", BP, "Castrol", "Exxon Mobil", GO, "Güzel Enerji Akaryakıt", "Opet", "Petline", "Petrol Ofisi", "Petroyağ", "Shell", "Shell & Turcas", "Total Energies" və "Türk Petrolları"dır.

Bəybala  BƏYBALAYEV,

"Respublika".