ŞÖHRƏTDƏN FACİƏYƏ APARAN TALE YOLU
Sosial həyat

ŞÖHRƏTDƏN FACİƏYƏ APARAN TALE YOLU

Onun taleyinə zəngin tacir ailəsində doğulub, atasız böyümək yazılır. Qisməti qədərinə üstün gəlir. Böyük şəxsiyyət, elm, dövlət xadimi, akademik digər yüksək titullar qazanır. Qısa ömürlük həyatında biliyi yüksək təfəkkürü sayəsində bütün şansları əldə edir, uğurlara sahiblənir, sadəcə öz ömründən başqa. Cəmi 42 il ömür sürür şərəflə, ləyaqətlə.

Heydər Nəcəf oğlu Hüseynov  3 aprel 1908-ci ildə qədim Azərbaycan şəhəri İrəvanda Təpəbaşı məhəlləsində, tacir Hacı Nəcəf Kərbəlayi oğlunun Məşədi Gülsümün ailəsində dünyaya gəlir. Anası Gülsüm xanım çox ağıllı, geniş dünyagörüşə sahib bir qadın olub. O, həyat yoldaşı Hacı Nəcəflə bir çox Şərq ölkələrində dini mərkəzlərdə olmuşdur. Gülsüm xanımın bilik dünyagörüşü əlbəttə kiövladlarının da həyatına öz təsirini göstərmişdir. Altıuşaqlı ailənin kiçiyi olan Heydər hələ körpə ikən atasını itirir. 1918-ci ilə kimi ailə İrəvan şəhərində yaşayır. O dövrlər şəhərdə vəziyyət milli zəmində gərgin idi. Ermənilərin ixtilaf törətməsi ilə Heydər Hüseynovun böyük qardaşı Yusif 1918-ci ildə qətlə yetirilirAilənin bütün ağırlığı Gülsüm xanımın üzərinə düşür. İrəvanda təzyiqlərlə üzləşən ailə əvvəlcə Batum şəhərinə, sonra isə Stavropola köçür. Nəhayət, 1920-ci ildə Bakı şəhərinə köçən ailə burada yaşamağa başlayır. Çətinlik içərisində yaşayan ailənin sonbeşiyi Heydər Hüseynov on iki yaşında 18 nömrəli məktəbdə ilk təhsilinə başlayır. 1927 1931-ci illərdə o vaxtkı Lenin adına Pedaqoji İnstitutunun həm şərqşünaslıq, həm pedaqoji fakültələrində təhsil almış, ərəb fars dillərini mükəmməl öyrənmiş, ilk əmək fəaliyyətinə 1924- ildə Pedaqoji Texnikumun kitabxanasında başlamışdır. 1932-ci ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspirantı olan Heydər Hüseynov 1936-1940- illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Ensiklopediya Lüğətlər İnstitutunun direktoru işləmişdir. 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm-leninizmin əsasları, fəlsəfə kafedrasının müdiri, 1945-1950-ci illərdə isə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru olmuşdur.

1930-cu illərdə fəlsəfə elmini tədris edən Heydər Hüseynov filosof Əhməd ağa ilə birlikdə  Azərbaycan dilində fəlsəfəyə aid "Dialektik materializm", "Dialektika metafizika" "Dialektika tarixi materializm" adlı ilk dərslikləri yazmışdır. 1932-ci ildən başlayaraq bir sıra ali məktəblərdə fəlsəfədən dərs deyən Heydər Hüseynov 1936- ildə Azərbaycan Sovet Ensiklopediyasının hazırlanmasında iştirak etmiş 1940- ildə isə baş redaksiyaya rəhbərlik etdiyi zaman "Şərəf" nişanı ordeninə layiq görülmüşdürHəmin ərəfələr alimin taleyində ən uğurlu çağlar olmuşdur. 15 iyun 1939-cu ildə Tiflis şəhərində "Mirzə Fətəli Axundovun fəlsəfi görüşləri" adlı dissertasiyasını, 1942-ci ildə "Vətənpərvər şair Səməd Vurğun", "Azərbaycan ziyalıları Vətən müharibəsi günlərində", 1944- ildə "Ədəbi qeydlər" digər kitabları nəşr etdirmişdir. Akademik 1944- ildə isə doktorluq dissertasiyasını müdafiə edərək, elə həmin ildə professor elmi adını almışdır.

Heydər Hüseynovun fəaliyyətinə nəzər salarkən alimin tarix fəlsəfə elminin inkişafına qədər böyük töhfələr verdiyinin şahidi oluruq. O, Azərbaycan tərcümə məktəbinin əsasını qoyan ilk Azərbaycan-Rus Rus-Azərbaycan lüğətinin redaktorlarından biri olmuşdur. Nizami GəncəviFüzuliBəhmənyarAbbasqulu ağa BakıxanovMirzə Kazım bəyMirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi mütəfəkkirlər haqqında ciddi tədqiqat işi apararaq,  100-dən çox elmi məqalə yazmışdır. Akademik 41 yaşında  "XIX əsrdə Azərbaycan fəlsəfi ictimai-siyasi fikrin tarixi haqqında" 733 səhifəlik fundamental əsər yazaraq 1950-ci ilin mart ayında növbəti Stalin mükafatını almışdır. Heydər Hüseynov 1940- illərdə Bəhmənyarın kiçik həcmli iki fəlsəfi traktatını aşkara çıxararaq tədqiqat obyektinə çevirmişdir. Akademik Heydər Hüseynovun rəhbərliyi redaktəsi ilə ikicildlik "Müxtəsər Azərbaycan tarixi", dördcildlik "Rusca-Azərbaycanca lüğət", general Ə.Şıxlinskinin "Xatirələri" kimi fundamental nəşrlər hazırlanmışdır.

Azərbaycan elminin inkişafı sahəsində böyük zəhmət çəkən şöhrət qazanan Heydər Hüseynov elmi fəaliyyəti ilə bağlı bir sıra mötəbər  mükafatlara layiq görülsə , sonda dövlət tərəfindən təzyiqlərə məruz qalır. 1950-ci ilin may ayında Kommunist Partiyasının MK-nın büro iclasında ciddi tənqid olunur. Buna isə "XIX əsrdə Azərbaycanda ictimai-siyasi fikir tarixindən" adlanan monoqrafiyasında Mirzə Kazımbəyin "Müridizm Şamil" əsərindən, eləcə dağlı qəhrəmanı Şeyx Şamilin mübarizəsindən bəhs etməsi onu qəhrəman adlandırması səbəb olmuşdur. Nəticədə, Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında vəsatət qaldırır alim aldığı Stalin mükafatından məhrum edilir. Bununla da kifayətlənməyən Sovet rejimi Heydər Hüseynovu Kommunist Partiyasının sıralarından çıxarırElmlər Akademiyasındakı vəzifələrindən azad edir. Öz dövləti Azərbaycan elminin inkişafı yolunda böyük əmək sərf edən, biliyi, təfəkkürü sayəsində elmi nailiyyətlərə imza atan gənc akademik Heydər Hüseynovun ömür yolu beləcə yarıda kəsilir. Şöhrətinin ən yüksək zirvəsində ikən xəyanətin sərt  Sovet rejiminin qurbanına çevrilən alim başına gələnlərlə barışa bilmir. Psixoloji sarsıntı keçirir. nəticədə, dövlətin bir çox həmkarlarının haqsız tənqidlərinə dözməyən akademik Heydər Hüseynov həbs ediləcəyini təxmin edərək 15 avqust 1950-ci ildə intihar edərək həyatına son qoyur.

Ramidə YAQUBQIZI,

"Respublika".