Son 5 ayda COVİD-19-dan sağalanlar peyvənd vurdura bilərlər
Səhiyyə

Son 5 ayda COVİD-19-dan sağalanlar peyvənd vurdura bilərlər

Sentyabrın 8-dən etibarən son 5 ayda COVİD-19 testi pozitiv çıxan xəstələr vaksinasiya oluna bilərlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb.

Məlumata əsasən, bunun üçün randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.

Qeyd edək ki, “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. İmmunitet və peyvənd sertifikatları 24 saat ərzində elektron sistemdə öz əksini tapır.

AZƏRTAC