Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 101 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 101 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 101 yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 830 min 56 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 403 nəfər müalicə olunaraq sağalıb, 10 min 193 nəfər vəfat edib. Aktiv xəstə sayı 460 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1732, indiyə qədər isə ümumilikdə 7 milyon 564 min 431 test icra olunub.                                 

 

Aprelin 5-də Azərbaycanda COVID-19 əleyhinə 388 doza vaksin vurulub

Aprelin 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 388 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 262, ikinci doza vaksinlərin sayı 47, üç və daha çox doza vaksinlərin sayı 65, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 14-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 956 min 804, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 408 min 496, ikinci mərhələ üzrə 4 milyon 880 min 137, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 171, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 mindir.