Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 102 yoluxma faktı qeydə alınıb
Sərəncam

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 102 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 102 yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 796 min 576 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 908 nəfər müalicə olunaraq sağalıb, 9 min 735 nəfər vəfat edib. Aktiv xəstə sayı 1933 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 860, bu günə qədər isə ümumilikdə 7 milyon 25 min 998 test icra olunub.

 AZƏRTAC