Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 112 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 112 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 112 yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 min 536 nəfər müalicə olunaraq sağalıb, 9 mın 647 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 min 105 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 153, indiyə qədər isə ümumilikdə 6 milyon 656 min 940 test icra olunub.

AZƏRTAC