Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 129 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 129 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 129 yoluxma faktı qeydə alınıb, 213 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 min 440 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 min 587 nəfər müalicə olunaraq sağalıb, 9 min 914 nəfər vəfat edib. Aktiv xəstə sayı 936 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 400, bu günə qədər isə ümumilikdə 7 milyon 249 min 967 test icra olunub.

 AZƏRTAC