Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1617 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1617 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1617 yoluxma faktı qeydə alınıb, 1979 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 584 min 121 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 549 min 333 nəfər müalicə olunaraq sağalıb, 7 min 789 nəfər vəfat edib. Aktiv xəstə sayı 26 min 999 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 982, bu günə qədər isə ümumilikdə  5 milyon 509 min 701 test icra olunub.

AZƏRTAC