Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2233 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2233 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2233 yoluxma faktı qeydə alınıb, 2401 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 570 min 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 533 min 175 nəfər müalicə olunaraq sağalıb, 7 min 579 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 min 568 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 925, bu günə qədər isə ümumilikdə 5 milyon 418 min 169 test icra olunub.

AZƏRTAC