Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2266 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2266 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2266 yoluxma faktı qeydə alınıb, 1194 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 520 min 68 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 486 min 426 nəfər müalicə olunaraq sağalıb, 6 min 939 nəfər vəfat edib. Aktiv xəstə sayı 26 min 703 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 552, bu günə qədər isə ümumilikdə 5 milyon 131 min 33 test icra olunub.

AZƏRTAC