Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2440 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2440 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2440 yoluxma faktı qeydə alınıb, 2016 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 542 min 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 503 min 524 nəfər müalicə olunaraq sağalıb, 7 min 208 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 418 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 794, bu günə qədər isə ümumilikdə 5 milyon 256 min 832 test icra olunub.

AZƏRTAC