Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2468 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2468 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2468 yoluxma faktı qeydə alınıb, 5197 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 636 min 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 617 min 791 nəfər müalicə olunaraq sağalıb, 8632 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 533 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 525, bu günə qədər isə ümumilikdə 6 milyon 81 min 949 test icra olunub.

AZƏRTAC