Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 257 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 257 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 257 yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 794 min 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 90 nəfər müalicə olunaraq sağalıb, 9 min 727 nəfər vəfat edib. Aktiv xəstə sayı 1096 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 658, bu günə qədər isə ümumilikdə 7 milyon 8 min 73 test icra olunub.

AZƏRTAC