Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 26 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 26 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 26 yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 572 nəfər müalicə olunaraq sağalıb, 9 min 706 nəfər vəfat edib. Aktiv xəstə sayı 113 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 553, bu günə qədər isə ümumilikdə 6 milyon 776 min 404 test icra olunub.

AZƏRTAC