Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 305 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 305 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 305 yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 795 min 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 356 nəfər müalicə olunaraq sağalıb, 9 min 729 nəfər vəfat edib. Aktiv xəstə sayı 1410 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 484, bu günə qədər isə ümumilikdə 7 milyon 15 min 80 test icra olunub.

AZƏRTAC