Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 369 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 369 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 369 yoluxma faktı qeydə alınıb, 1090 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 785 min 670 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 765 min 373 nəfər müalicə olunaraq sağalıb, 9417 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 880 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3860, bu günə qədər isə ümumilikdə 6 milyon 554 min 964 test icra olunub.

AZƏRTAC