Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 38 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 38 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 38 yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 141 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 143 nəfər müalicə olunaraq sağalıb, 9 mın 701 nəfər vəfat edib. Aktiv xəstə sayı 297 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 230, indiyə qədər isə ümumilikdə 6 milyon 726 min 560 test icra olunub.

AZƏRTAC