Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 396 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 396 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 396 yoluxma faktı qeydə alınıb, 553 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 816 min 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 804 min 115 nəfər müalicə olunaraq sağalıb, 9 min 843 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 27 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 772, bu günə qədər isə ümumilikdə 7 milyon 184 min 639 test icra olunub.

 AZƏRTAC