Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 40 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 40 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 40 yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 19 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 974 nəfər müalicə olunaraq sağalıb, 9 min 697 nəfər vəfat edib. Aktiv xəstə sayı 348 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 297, indiyə qədər isə ümumilikdə 6 milyon 710 min 309 test icra olunub.

 

Aprelin 2-də Azərbaycanda COVID-19 əleyhinə 12 min dozadan çox vaksin vurulub

Aprelin 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 12 min 558 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1 min 69, ikinci doza vaksinlərin sayı - 1 min 180, üç və daha çox doza vaksinlərin sayı - 9 min 718, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 591-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 481 min 759, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 326 min 364, ikinci mərhələ üzrə 4 milyon 827 min 53, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 98 min 441, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 229 min 901-dir.

AZƏRTAC