Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 428 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 428 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 428 yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 811 min 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 min 143 nəfər müalicə olunaraq sağalıb, 9 min 805 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 611 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 215, indiyə qədər isə ümumilikdə 7 milyon 142 min 25 test icra olunub.

AZƏRTAC