Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 512 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 512 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 512 yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 799 min 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 787 min 479 nəfər müalicə olunaraq sağalıb, 9 min 752 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 752 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 760, bu günə qədər isə ümumilikdə 7 milyon 55 min 265 test icra olunub.

 AZƏRTAC