Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 520 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 520 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 520 yoluxma faktı qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 804 min 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 min 203 nəfər müalicə olunaraq sağalıb, 9 min 768 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 194 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 446, indiyə qədər isə ümumilikdə 7 milyon 88 min 294 test icra olunub.

 AZƏRTAC