Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 53 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 53 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 53 yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 min 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 min 585 nəfər müalicə olunaraq sağalıb, 9 mın 618 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 min 617 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 437, indiyə qədər isə ümumilikdə 6 milyon 635 min 319 test icra olunub.

AZƏRTAC