Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 553 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 553 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 553 yoluxma faktı qeydə alınıb, 736 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 618 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 min 55 nəfər müalicə olunaraq sağalıb, 8 min 409 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 454 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 527, bu günə qədər isə ümumilikdə 5 milyon 899 min 183 test icra olunub.

AZƏRTAC