Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 56 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 56 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 56 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 889 nəfər müalicə olunaraq sağalıb, 9 mın 692 nəfər vəfat edib. Aktiv xəstə sayı 351 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 489, indiyə qədər isə ümumilikdə 6 milyon 701 min 673 test icra olunub.

AZƏRTAC