Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 561 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 561 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 561 yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 813 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 800 min 722 nəfər müalicə olunaraq sağalıb, 9 min 805 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 471 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 71, bu günə qədər isə ümumilikdə 7 milyon 159 min 317 test icra olunub.

AZƏRTAC