Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 601 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 601 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 601 yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 810 min 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 797 min 167 nəfər müalicə olunaraq sağalıb, 9 min 795 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 627 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 614, bu günə qədər isə ümumilikdə 7 milyon 135 min 151 test icra olunub.

AZƏRTAC