Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 62 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 62 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 62 yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 865 nəfər müalicə olunaraq sağalıb, 9 mın 691 nəfər vəfat edib. Aktiv xəstə sayı 320 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 122, bu günə qədər isə ümumilikdə 6 milyon 697 min 184 test icra olunub.

AZƏRTAC